12 Sentyabr 16:49 “Real” Benzemanın transfer qiymətini açıqladı
FUTBOL xəbərləri 12 Sentyabr 16:49
1248 baxış

“Real” Benzemanın transfer qiymətini açıqladı

“Real”ın hücumçusu Kərim Benzemanın yeni müqaviləsinin şərtləri müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard “kral klubu” ilə anlaşmasının müddətini bu yaxınlarda 2021-ci ilə qədər uzadıb.

 

Madrid təmsilçisi Benzemanın transfer dəyərini komandanın lideri Kriştianu Ronaldo ilə bərabərləşdirib. Belə ki, müqavilədəki bəndə əsasən, 30 yaşlı futbolçunun sərbəst qalma məbləği 1 milyard avrodu.

 

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real”ın formasını geyinir.

Xəbər lenti