[b]“Real” Beyli göndərir[/b]
23.02.2018 - 14:24
[b]“Real” Beyli göndərir[/b]

“Real”ın futbolçusu Qaret Beyl mövsümün sonunda komandasını dəyişə bilər. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu Uels yığmasının üzvü ilə yolları ayırmaq niyyətindədi.

 

Beylin son vaxtlar öz oyununu göstərə bilməməsi, üstəlik tez-tez zədələnməsi “Real” rəhbərliyini narahat edir. Üstəlik, "kral klubu" onun Marko Asensionun inkişafına mane ola bilcəyini düşünür. Bu səbəbdən ispanlar Beyllə vidalaşmağı planlaşdırırlar.

 

28 yaşlı futbolçunun “qalaktikos”la 2022-ci ilə qədər müqaviləsi var.

 

Qeyd edək ki, “Real” Beyli 2013-cü ildə “Tottenhem”dən alıb. 

0