9 Dekabr 17:24 “Real” Beyllə bağlı qərarını verdi
FUTBOL xəbərləri 9 Dekabr 17:24
415 baxış

“Real” Beyllə bağlı qərarını verdi

“Real”ın hücumçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Mançester Yunayted” və sabiq klubu “Tottenhem”in maraq dairəsindədi.

 

Tez-tez zədələndiyi üçün “kral klubu”nda heç cür ümidləri doğrultmayan Beyli madridlilərin prezidenti Florentino Peres satmaq qərarına gəlib. Prezident ingilis klublarına Beyli 85 milyon funt-sterlinqə sata biləcəyini bildirib. Hansı ki, “Real” onu məhz bu məbləğə transfer etmişdi.

 

Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib.

Xəbər lenti

Xəbər lenti