[b]“Real” finalda[/b]
14.12.2017 - 09:19
[b]“Real” finalda[/b]

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən klublararası dünya çempionatında ikinci finalçı da müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, turnirin favoriti sayılan Madrid “Real”ı adını həlledici qarşılaşmaya yazdırıb.

 

Yarımfinalda BƏƏ-nin “Əl-Cəzirə” klubu ilə üz-üzə gələn “qalaktikos” 2:1 hesablı qələbə qazanıb. Matçda hesabı 41-ci dəqiqədə ev sahiblərinin üzvü Romarinyo açıb. 53-cü dəqiqədə Kriştianu Ronaldo ilə tarazlığı bərpa edən “Real”ı finala daşıyan qola 81-ci dəqiqədə Qaret Beyl imza atıb.

 

“Real” finalda Braziliyanın “Qremio” komandası ilə qarşılaşacaq. Oyun dekabrın 16-da keçiriləcək. “Əl-Cəzirə” isə həmin tarixdə Meksikanın “Paçuka” klubu ilə 3-cü yer uğrunda oyuna çıxacaq. 

0