23 Sentyabr 13:19 “Real” kapitanla anlaşdı
FUTBOL xəbərləri 23 Sentyabr 13:19
290 baxış

“Real” kapitanla anlaşdı

Madrid “Real”ı futbolçuları ilə yeni müqavilə imzalamaqda davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” ilə anlaşmasını yeniləyənlər sırasında kapitan Serxio Ramos da qoşulub.

 

2015-ci ildə komandası ilə 5 illik sazişə qol çəkən 31 yaşlı müdafiəçi bunun müddətini daha bir il uzadıb. Yəni Ramos 2021-ci ilə qədər “Real”a məxsus olacaq. İspaniya millisinin üzvü anlaşmasına sadiq qalsa, “Real”da ardıcıl 17 mövsüm keçirmiş olacaq.

 

Bununla kifayətlənməyən rəhbərlik müdafiəçi Rafael Varan və hücumçu Kriştianu Ronaldoya da yeni müqavilə təklif etmək fikrindədi. Hazırda Varan 2020, Ronaldo isə 2021-ci ilə qədər kluba məxsusdu.

Xəbər lenti