25 May 22:36 “Real” qədər güclü deyilik” - Klopp
FUTBOL xəbərləri 25 May 22:36
357 baxış

“Real” qədər güclü deyilik” - Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında “Real”la keçirəcəkləri oyuna toxunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis İspaniya klubunu cütlüyün favoriti sayır.

 

Bununla belə, Klopp indidən qələbənin xəyallarını qurur: “Biz “Real” və “Barselona” qədər güclü deyilik. Onlar İspaniyanın digər komandalarının hamısından güclüdü. Bu isə o deməkdi ki, “Real” finala daha asan çıxıb. Həftəiçi əla hazırlaşırsan, həftəsonu isə 1:0 hesabı ilə qalib gəlirsən və hər şey mükəmməl olur”.

 

Qeyd edək ki, “Liverpul” – “Real” oyunu sabah Kiyevdə keçiriləcək.

Xəbər lenti