[b]“Real” şansını əldən vermədi[/b]
22.02.2018 - 00:00
[b]“Real” şansını əldən vermədi[/b]

İspaniya La Liqasında XVI turdan təxirə salınmış bir görüş baş tutub. Apasport.az saytının məlumatına görə, “Real” səfərdə “Leqanes”lə qarşılaşıb.

 

Matçda hesabı meydan sahibləri açsa da, “kral klubu” sonradan özündə güc taparaq qalib gəlməyi bacarıb.

 

Bu nəticə ilə aktivindəki xalların sayını 48-ə çatdıran “Real” turnir cədvəlində “Valensiya”nı arxada qoyaraq 3-cü pilləyə yüksəlib.

 

İspaniya La Liqası

XVI turdan təxirə salınan oyun

21 fevral

 

“Leqanes” - “Real” – 1:3

Qollar: Bustinza, 6 – Lukas, 11, Kazemiro, 29, Ramos, 90

0