[b]“Real” yeni baş məşqçisini təqdim edir[/b]
14.06.2018 - 14:53
[b]“Real” yeni baş məşqçisini təqdim edir[/b]

Madrid “Real”ı yeni baş məşqçisi Xulen Lopeteqini təqdim etməyə hazırlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis bu gün “Santyaqo Bernabeu” stadionuna ayaq basacaq.

Yeni komandasında azarkeşlər önünə çıxacaq Lopeteqi ardından rəsmi müqaviləyə qol çəkəcək. “Kral klubu” gələn mövsümün hazırlıqlarına qısa müddətdə başlamaq üçün bu təyinatı ləngitmək istəməyib.

Qeyd edək ki, “Real” Xulen Lopeteqi ilə anlaşdığını bəyan etdiyi üçün dünən çalışdırıcı İspaniya millisindən qovulub.

0