25 May 10:57 “Real”&“Liverpul”: Rəqəmlər nə deyir?
FUTBOL xəbərləri 25 May 10:57
591 baxış

“Real”&“Liverpul”: Rəqəmlər nə deyir?

Sabah Çempionlar Liqasında 2017/18 mövsümünün final qarşılaşması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionundakı matçla Avropada futbol mövsümünə yekun vurulacaq.

 

Qitənin ən nüfuzlu klub turnirinin qalibi adı uğrunda “Real” və “Liverpul” qarşılaşacaq. Bu, yarışın tarixində 63-cü final olacaq.

 

1955/56 mövsümündən keçirilən turnir 1992-ci ilədək Çempionlar kuboku, sonradan isə Çempionlar Liqası adlanıb. Əvvəlki 62 yarışda yalnız 10 ölkə təmsilçiləri qalib gəlib. İspaniya daha çox – 17, İngiltərə və İtaliya 12, Almaniya 7, Hollandiya 6, Portuqaliya 4 dəfə klubunun qələbəsini bayram edib. Fransa, Rumıniya, Şotlandiya və Yuqoslaviya hərəyə 1 dəfə belə sevinc yaşayıb.

 

Sabah üz-üzə gələcək klublar da ən çox kubok qazananlar sırasında yer alıblar. 13-cü kuboka iddialı olan “Real” turnirin mütləq rekordçusudu. 15 finalda 12 qələbə qazanıb, 3 dəfə uduzan madridlilərin ən yaxın izləyicisi “Milan”ın 7 uğuru var. “Liverpul” 5 kuboku olan üç komandadan biridi və 3-cü yerə vahid sahiblik etmək istəyir. Onların şərikləri “Bavariya” və “Barselona” bu dəfə finaldan kənarda qalıb.

 

“Ayaks” 4, “İnter”lə “Mançester Yunayted” 3 dəfə qitənin ən güclüsü olub. Ümumilikdə isə 62 finalda qəlib gələn komandaların sayı 22-di.

 

mövsüm

qalib

Finalçı

hesab

Çempionlar kuboku

1955/56

“Real” (İspaniya)

“Reyms” (Fransa)

4:3

1956/57

“Real” (İspaniya)

“Fiorentina” (İtaliya)

2:0

1957/58

“Real” (İspaniya)

“Milan” (İtaliya)

3:2

1958/59

“Real” (İspaniya)

“Reyms” (Fransa)

2:0

1959/60

“Real” (İspaniya)

“Ayntraxt” (F, Almaniya)

7:3

1960/61

“Benfika” (Portuqaliya)

“Barselona” (İspaniya)

3:2

1961/62

“Benfika” (Portuqaliya)

“Real” (İspaniya)

5:3

1962/63

“Milan” (İtaliya)

“Benfika” (Portuqaliya)

2:1

1963/64

“İnter” (İtaliya)

“Real” (İspaniya)

3:1

1964/65

“İnter” (İtaliya)

“Benfika” (Portuqaliya)

1:0

1965/66

“Real” (İspaniya)

“Partizan” (Serbiya)

2:1

1966/67

“Seltik” (Şotlandiya)

“İnter” (İtaliya)

2:1

1967/68

“Mançester Yunayted” (İngiltərə)

“Benfika” (Portuqaliya)

4:1

1968/69

“Milan” (İtaliya)

“Ayaks” (Hollandiya)

4:1

1969/70

“Feyenoord” (Hollandiya)

“Seltik” (Şotlandiya)

2:1

1970/71

“Ayaks” (Hollandiya)

“Panatinaikos” (Yunanıstan)

2:0

1971/72

“Ayaks” (Hollandiya)

“İnter” (İtaliya)

2:0

1972/73

“Ayaks” (Hollandiya)

“Yuventus” (İtaliya)

1:0

1973/74

“Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya)

1:1, 4:0

1974/75

“Bavariya” (Almaniya)

“Lids” (İngiltərə)

2:0

1975/76

“Bavariya” (Almaniya)

“Sent-Etyen” (Fransa)

1:0

1976/77

“Liverpul” (İngiltərə)

“Borussiya” (M, Almaniya)

3:1

1977/78

“Liverpul” (İngiltərə)

“Brügge” (Belçika)

1:0

1978/79

“Nottingem Forest” (İngiltərə)

“Malmö” (İsveç)

1:0

1979/80

“Nottingem Forest” (İngiltərə)

“Hamburq” (Almaniya)

1:0

1980/81

“Liverpul” (İngiltərə)

“Real” (İspaniya)

1:0

1981/82

“Aston Villa” (İngiltərə)

“Bavariya” (Almaniya)

1:0

1982/83

“Hamburq” (Almaniya)

“Yuventus” (İtaliya)

1:0

1983/84

“Liverpul” (İngiltərə)

“Roma” (İtaliya)

1:1, p.4:2

1984/85

“Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə)

1:0

1985/86

“Styaua” (Rumıniya)

“Barselona” (İspaniya)

0:0, p.2:0

1986/87

“Porto” (Portuqaliya)

“Bavariya” (Almaniya)

2:1

1987/88

PSV (Hollandiya)

“Benfika” (Portuqaliya)

0:0, p.6:5

1988/89

“Milan” (İtaliya)

“Styaua” (Rumıniya)

4:0

1989/90

“Milan” (İtaliya)

“Benfika” (Portuqaliya)

1:0

1990/91

“Srvena Zvezda” (Yuqoslaviya)

“Marsel” (Fransa)

0:0, p.5:3

1991/92

“Barselona” (İspaniya)

“Sampdoriya” (İtaliya)

1:0

Çempionlar Liqası

1992/93

“Marsel” (Fransa)

“Milan” (İtaliya)

1:0

1993/94

“Milan” (İtaliya)

“Barselona” (İspaniya)

4:0

1994/95

“Ayaks” (Hollandiya)

“Milan” (İtaliya)

1:0

1995/96

“Yuventus” (İtaliya)

“Ayaks” (Hollandiya)

1:1, p.4:2

1996/97

“Borussiya” (D, Almaniya)

“Yuventus” (İtaliya)

3:1

1997/98

“Real” (İspaniya)

“Yuventus” (İtaliya)

1:0

1998/99

“Mançester Yunayted” (İngiltərə)

“Bavariya” (Almaniya)

2:1

1999/2000

“Real” (İspaniya)

“Valensiya” (İspaniya)

3:0

2000/01

“Bavariya” (Almaniya)

“Valensiya” (İspaniya)

1:1, p.5:4

2001/02

“Real” (İspaniya)

“Bayer” (Almaniya)

2:1

2002/03

“Milan” (İtaliya)

“Yuventus” (İtaliya)

0:0, p.3:2

2003/04

“Porto” (Portuqaliya)

“Monako” (Fransa)

3:0

2004/05

“Liverpul” (İngiltərə)

“Milan” (İtaliya)

3:3, p.3:2

2005/06

“Barselona” (İspaniya)

“Arsenal” (İngiltərə)

2:1

2006/07

“Milan” (İtaliya)

“Liverpul” (İngiltərə)

2:1

2007/08

“Mançester Yunayted” (İngiltərə)

“Çelsi” (İngiltərə)

1:1, p.6:5

2008/09

“Barselona” (İspaniya)

“Mançester Yunayted” (İngiltərə)

2:0

2009/10

“İnter” (İtaliya)

“Bavariya” (Almaniya)

2:0

2010/11

“Barselona” (İspaniya)

“Mançester Yunayted” (İngiltərə)

3:1

2011/12

“Çelsi” (İngiltərə)

“Bavariya” (Almaniya)

1:1, p.4:3

2012/13

“Bavariya” (Almaniya)

“Borussiya” (D, Almaniya)

2:1

2013/14

“Real” (İspaniya)

“Atletiko” (İspaniya)

4:1

2014/15

“Barselona” (İspaniya)

“Yuventus” (İtaliya)

3:1

2015/16

“Real” (İspaniya)

“Atletiko” (İspaniya)

1:1, p.5:3

2016/17

“Real” (İspaniya)

“Yuventus” (İtaliya)

4:1

 

 

Xəbər lenti