19 Fevral 10:36 “Real”dan 200 milyonluq təklif
FUTBOL xəbərləri 19 Fevral 10:36
2377 baxış

“Real”dan 200 milyonluq təklif

“Real”ın prezidenti Florentino Peres yayda komandanın heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı “Don Balon” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərinin transfer etmək istədiyi ilk futbolçu “Mançester Siti”nin üzvü Kevin De Bruynedi.

 

“Qalaktikos” belçikalı yarımmüdafiəçiyə görə 200 milyon avro xərcləməyə hazırdı. İspanlar indidən “Mançester Siti” rəhbərliyi ilə danışıqlara start veriblər.

 

De Bruyne “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın ən çox güvəndiyi futbolçulardandı. Bu mənada, təcrübəli çalışdırıcının keçidə razı olmayacağı məlumdu. Bununla belə, “Real”ın fantastik təklif irəli sürməsi ingilisləri fikirlərindən daşındıra bilər.

 

Qeyd edək ki, karyerası ərzində “Genk”, “Çelsi”, “Verder” və “Volfsburq” klublarında da oynamış Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, hazırkı komandasında 125 oyunda 34 qola imza atıb.