[b]“Real”ın müdafiəçisi “Bavariya” ilə oyunu buraxacaq[/b]
26.04.2018 - 16:56
[b]“Real”ın müdafiəçisi “Bavariya” ilə oyunu buraxacaq[/b]

“Real”ın müdafiəçisi Dani Karvahalın durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sağ cinah oyunçusu bir müddət komandadan ayrı qalacaq.

 

Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə səfər matçının 67-ci dəqiqəsində zədələnərək əvəzlənən İspaniya millisinin üzvünün 2-3 həftəlik sıradan çıxdığı açıqlanıb. Bu isə o deməkdi ki, 26 yaşlı oyunçu “Bavariya” ilə cavab qarşılaşmasını buraxacaq.

 

Qeyd edək ki, “Real” - “Bavariya” oyunu mayın 1-də keçiriləcək. İlk matçda ispanlar səfərdə 2:1 hesabı ilə qalib gəliblər.

0