[b]“Real”ın Trippyer arzusu [/b]
21.07.2018 - 10:10
[b]“Real”ın Trippyer arzusu
[/b]

İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Kiran Trippyer karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, müdafiəçi Madrid “Real”ının maraq dairəsinə düşüb.

 

“Kral klubu” ingiltərəlilərə 50 milyon avro ödəməyə də hazırdı. “Tottenhem” də “Real”ın rəsmi təklifini gözləyir.

 

Əgər keçid baş tutsa, Kiran İngiltərənin ən bahalı futbolçusu kimi tarixə düşəcək.

 

Qeyd edək ki, Trippyer 2015-ci ildə 3,5 milyon avroya “Bernli”dən transfer olunub.

0