[b]“Real”ın yeni forması belə olacaq - FOTO[/b]
01.05.2018 - 17:28
[b]“Real”ın yeni forması belə olacaq - FOTO[/b]

İnternetdə “Real”ın 2018-19 mövsümündə istifadə edəcəyi ev formasının şəkilləri yayılıb. Apasport.az saytının məlumatına görə, formada ənənəvi olaraq, ağ rəngə üstünlük verilib. Şort və köynəyin üzərində həmçinin qara cizgilərə də rast gəlmək mümkündü.

 

Yeni forma ilə Madrid klubunun 2005-06 mövsümündəki forması arasındakı bənzərlik diqqətdən qaçmayıb.

 

“Real”ın növbəti mövsüm avrokuboklarda da istifadə etməyi planlaşdırdığı üçüncü dəst formanın qırmızı rəngdə olacağı bildirilir.

0