11 Dekabr 19:14 Rəşad Sadıqov yığmaya baş məşqçi gətirilir
FUTBOL xəbərləri 11 Dekabr 19:14
2409 baxış

Rəşad Sadıqov yığmaya baş məşqçi gətirilir

Qurban Qurbanovun futbol üzrə əsas milliyə baş məşqçi təyin olunmasından sonra aşağı yaş qruplarına kimlərin rəhbərlik edəcəyi müzakirə mövzusu idi. Apasport.az saytının məlumatına görə, tezliklə bütün təyinatlara aydınlıq gələcək.

 

Rəşad Sadıqovun 21 yaşadək futbolçulardan ibarət yığma komandaya baş məşqçi gətiriləcəyi haqqında informasiya yayılsa da, müdafiəçi özü saytımıza açıqlamasında bu informasiyanı nə təsdiq, nə də təkzib edib.

 

Sabah isə bununla bağlı AFFA-nın binasında görüş keçiriləcək. Əsas millinin baş məşqçisi Qurban Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və müxtəlif yaş qruplarına baş məşqçiliyə namizəd mütəxəssislərin iştirak edəcəkləri toplantıdan sonra yeni təyinatların rəsmiləşəcəyi gözlənilir.

 

Qeyd edək ki, federasiyadan məlumatı təsdiqləyiblər.

Xəbər lenti