[b]Respublika stadionunda üç yubiley [/b]
17.07.2018 - 12:01
[b]Respublika stadionunda üç yubiley
[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşması üç futbolçu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Dani Kintana, Rəşad Sadıqov və Ansi Aqolli yubileyin astanasındadı.

 

Kintana “Qarabağ”ın heyətində 30-cu avrokubok görüşünü keçirə bilə. O, ağdamlılarla 29 qitə miqyaslı matçda forma geyinib.

 

Sadıqov isə komandasının heyətində 20-ci Çempionlar Liqası görüşünə çıxmağa hazırlaşır. O, qitənin ən nüfuzlu klub turnirində 19 dəfə Ağdam təmsilçisinin şərəfini qoruyub.

 

Aqolli isə “Qarabağ”da ümumilikdə 300-cü matçını gözləyir. Hesabında 299 qarşılaşma olan müdafiəçi Sloveniyadakı matçı buraxsa da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə yubileyi rəsmiləşdirə bilər.

0