[b]Riad Rəfiyevli “Sumqayıt” bu aqibətlə üzləşməliydi[/b]
21.05.2018 - 13:38
[b]Riad Rəfiyevli “Sumqayıt” bu aqibətlə üzləşməliydi[/b]

“Sumqayıt” üçün avrokubok həyəcanı bitdi, həsrət davam edir. Avropa Liqasına bu qədər yaxın ikən, ovucun içindən verilən şans yerli azarkeşləri hələ çox incidəcək.

 

Nəticə həm də Samir Abasov erasının bitiminə səbəb oldu. Baş məşqçi “Zirə”ylə dünənki oyun bitən kimi istefa verdi və daha böyük hədəfi olan komandaya yollanmaq arzusunu diqqətə çatdrdı. O, “Sumqayıt”da bundan artığını qazanmağın mümkünsüzlüyünü etiraf etdi və haqlıdı.

 

“Sumqayıt”ın son anda büdrəməsinin, finişə çatmamasının bir çox səbəbi var. Əsas məsələ heyət yetərsizliyidisə, ən böyük amil klub ola bilməmək reallığıdı. Abasov komanda rəhbəri kimi döyüşdü, sürpriz etdi, lakin sonda məğlub edildi. Bəlkə bir az da təcrübəsizliyi mane oldu, lakin ən böyük səbəb rəhbərliklə yumruq kimi birləşə bilməməsi oldu.

 

Klubun yeni prezidenti Riad Rəfiyevin bacarıqsızlığı son turlarda özünü büruzə verdi. Məhz onun heyətə nəzarət edə bilməməsi qüvvənin parçalanmasına, Samir bəyin həm meydanda, həm klub daxilində, həm də kənar qüvvələrlə təkbaşına döyüşməsinə səbəb oldu. Yandan, arxadan vurulan zərbələr məşqçinin çöküşünü reallaşdırdı.

 

“Sumqayıt” bu mövsüm 40 xal topladı. Kamran Quliyev “Neftçi”yə prezident gedənə kimi qazanılan uğurlu nəticələr, komanda başsız qalarkən də davam etdirildi. Lakin Rəfiyevin gəlişindən sonra yiyəsizlik özünü büruzə verdi, komanda çökdü. Maraqlıdı ki, klub başsız qaldığı vaxt – Samir Abasovun təkbaşına işlədiyi dövr ən uğurlu zaman oldu.

 

Kamran Quliyevli “Sumqayıt”

15

6

3

6

18-18

21

Prezidentsiz “Sumqayıt”

4

3

1

0

6-2

10

Riad Rəfiyevli “Sumqayıt”

9

2

3

4

10-13

9

 

Martın 15-dən yeni postunda fəaliyyətə başlayan Riad bəy müsbət saldo görmədi. Oyunçuları kənar təzyiqdən qorumaq, məşqçinin arxasında dayanmaq zamanı gələndə onun bacarıqsızlığı üzə çıxdı və bütün imkanlar əldən verildi. Çətin ki, sumqayıtlı azarkeşlər bunu ona bağışlasın.

 

Növbəti mövsüm daha zəif komanda görəcəyik. Öz bacarığı hesabına heç nədən komanda quran Abasov daha yoxdu, onu əvəz edəcək adam isə yəqin ki, hansısa ortabab məşqçi olacaq. Rəfiyevin və himayədarının turduğu AFFA-nın belə sevimli işbilməzləri çoxdu. Onların isə Samir kimi heç nədən döyüşkən kollektiv quracağın inanmırıq. Prezident son müsahibəsində strategiyalarının dəyişməyəcəyini deyib, bu isə o deməkdi ki, Abasovu qaçaq salan səbəb yenə aktual olacaq. Bu şərtlərlə isə yüksək pillələrə ümid etməyə dəyməz. Futbolinfo.az

0