[b]“Roma” Alissonun boşluğunu doldurdu[/b]
23.07.2018 - 01:32
[b]“Roma” Alissonun boşluğunu doldurdu[/b]

Alissonu “Liverpul”a satan “Roma” yeni qapıçısını tapıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Kopenhagen”in qolkiperi Robin Olsenin “canavarlar”a keçidi rəsmiləşib.

 

Klublar arasındakı razılığa əsasən, Danimarka təmsilçisi bu keçiddən 12 milyon avro gəlir götürəcək. Lakin İsveç millisinin üzvünün yeni komandası ilə müqavilə detalları açıqlanmayıb. Olsen sabah meneceri ilə birlikdə Romaya yollanacaq və rəsmi sözləşməyə qol çəkəcək.

 

Qeyd edək ki, Robin Olsen builki dünya çempionatında İsveç millisinin heyətində uğurlu çıxışla diqqət çəkib.

0