[b]“Roma” futbolçusunun Bakı səfəri ilə bağlı təəssüfü[/b]
13.10.2017 - 13:33
[b]“Roma” futbolçusunun Bakı səfəri ilə bağlı təəssüfü[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma”da zədəli futbolçulardan biri sıraya dönüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Dieqo Perrottidən gedir.

 

Bir neçə müddətdi zədədən əziyyət çəkən və bu üzdən “Qarabağ”la Bakıdakı matçı buraxan 29 yaşlı hücumameyilli oyunçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Argentina millisinin üzvü ölkəmizə səfər edə bilmədiyi üçün təəssüfləndiyini söyləyib: “Qarabağ” və “Milan”la səfər oyunlarını buraxmaq məcburiyyətində qaldım və buna çox üzüldüm. Yığmaların oyunlarına görə çempionatda yaranmış fasilə ürəyimcə oldu. Artıq məşqlərə başlamışam və baş məşqçidən şans gözləyirəm”.

 

Perotti Çempionlar Liqasına uğurlu start götürdüklərini düşünür: “Qrup mərhələsinin ilk iki turundan sonra 6 mümkün xaldan 4-nü toplamışıq. Hesab edirəm ki, yaxşı nəticədi. Məqsədimiz qrupu ilk iki sırada tamamlamaqdı”.

 

Qeyd edək ki, Bakıda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanan “Roma” Azərbaycan çempionu ilə növbəti matçını son tur çərçivəsində (5 dekabr) keçirəcək.

0