[b]“Roma”da qapıçı axtarışları[/b]
21.07.2018 - 17:47
[b]“Roma”da qapıçı axtarışları[/b]

Braziliyalı qapıçı Alisson Bekkeri “Liverpul”a satdıqdan sonra qolkiper axtarışına çıxan İtaliya “Roma”sı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar” İsveç yığmasının qapıçısı Robin Olsenin keçidində razılıq əldə edə bilmir.

 

Danimarkanın “Kopenhagen” klubu ilə bir neçə gündü danışıqlar aparan romalılar qiymət məsələsində ortaq məxrəc tapa bilmir. İtaliyalılar 12 milyon avrodan artıq ödəmək fikrində deyil. Şimallılar isə qolkiper üçün 16 milyon tələb edir.

 

“Roma” rəhbərliyi artıq ehtiyat variant da fikirləşib. Əgər danimarkalılar qiymətdə endirimlə razılaşmasa, İtaliya klubu Fransa PSJ-sinin qapıçısı Alfons Areola ilə danışıqlara start verəcək.

0