[b]“Ronaldo İtaliyada təkbaşına qələbə qazana bilməyəcək”[/b]
17.07.2018 - 14:24
[b]“Ronaldo İtaliyada təkbaşına qələbə qazana bilməyəcək”[/b]

“Napoli”nin hücumçusu Lorentso İnsinye Kriştianu Ronaldonun “Real”ı “Yuventus”a dəyişməsinə münasibət bildirib. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, o, portuqaliyalı ulduzun İtaliyada fərdi oyunu hesabına uğur qazanmasının çətin olduğunu vurğulayıb.

 

“Ronaldo? Onu İtaliya A Seriyasında görməkdən məmnunam. Ancaq onun liqaya adaptasiya prosesini izləmək mənim üçün maraqlıdı. Burdakı oyunlarda təkbaşına qələbə qazana bilməyəcək. İtaliyada çox güclü müdafiə futbolu oynanılır. “Yuventus”la oyunlarda özünü fenomenal səviyyədə göstərməsi bu həqiqəti dəyişdirmir” – deyə, İnsinye bildirib.

 

İtaliyalı futbolçunun sözlərinə görə, Messi onun futbol zövqünə daha çox xitab edir: “Messi, onun oyun tərzi mənim daha çox xoşuma gəlir. Ancaq Kriştianunun istedadı da müzakirəyə qapalıdı. Bir futbolçunun beş “Qızıl top” qazanması hər şeydən xəbər verir”.

0