[b]Ronaldo “Leqanes”lə oyunu buraxacaq[/b]
21.02.2018 - 15:10
[b]Ronaldo “Leqanes”lə oyunu buraxacaq[/b]

“Real” bu gün “Leqanes”lə La Liqanın XVI turundan təxirə salınmış oyuna çıxacaq. Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi bu görüşdə əsas heyətin 3 üzvünün xidmətindən yararlana bilməyəcək.

 

Marselo və Toni Kroos zədə üzündən “Leqanes”ə qarşı oynamayacaq. Onlarla yanaşı, Kriştianu Ronaldo da bu matçda iştirak etməyəcək. Belə ki, baş məşqçi Zinəddin Zidan portuqaliyalı hücumçuya istirahət verib. O, Ronaldonun son vaxtlar çox yükləndiyini nəzərə alaraq, onu “Leqanes”ə qarşı oynatmamağı qərarlaşdırıb.

 

Qeyd edək ki, Ronaldo cari mövsümdə ümumilikdə 30 oyunda 26 qola imza atıb.

0