[b]“Ronaldo, Neymar, Modriç, Varan və mən “Qızıl top”u ala bilərik”[/b]
23.07.2018 - 21:24
[b]“Ronaldo, Neymar, Modriç, Varan və mən “Qızıl top”u ala bilərik”[/b]

Fransa millisinin oyunçusu Kilian Mbappe “Qızıl top”a layiq bildiyi oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Frans Futbol” nəşrinə açıqlama verən gənc hücumçu 5 oyunçu haqqında yüksək fikirdə olduğunu bildirib.

 

O, Braziliya Neymar, Ronaldo, Modriç, Varan və özünün bu il ən yaxşı oyunçu adına əsas namizədlər olacağını deyib.

 

Qeyd edək ki, dünya çempionatında 4 qol vuran Mbappe Fransanın çempionluğunda əsas pay sahiblərindən biri olub.

0