[b]Ronaldo təqdim olundu: Mən digərləri kimi deyiləm, fərqliyəm[/b]
16.07.2018 - 22:23
[b]Ronaldo təqdim olundu: Mən digərləri kimi deyiləm, fərqliyəm[/b]

“Həm fiziki, həm də psixoloji cəhətdən tam hazıram. Burda olmaqdan məmnunam”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu “Yuventus”un yeni transferi Kriştianu Ronaldo deyib.

 

Turin klubunun “Real”dan aldığı portuqaliyalı superulduz bu gün tibbi müayinədən keçib və ictimaiyyətə təqdim olunub. Forvard “qoca sinyora”nın oyunçusu kimi ilk açıqlamasında İtaliyaya yeni titullar qazanmaq üçün yollandığını bildirib: “Çoxları düşünür ki, 33 yaşda karyeranın sonudu. Ancaq mən digərləri kimi deyiləm, fərqliyəm. “Yuventus”a yeni tarix yazmaq, titullar qazanmaq üçün gəlmişəm. Əminəm ki, hər şey qaydasında gedəcək”.

 

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”la 4 illik müqavilə bağlayıb. Bu transfer "Real"a 100 milyon avro qazandırıb.

0