[b]Ronaldodan 8 rekord[/b] -[b] FOTO[/b]
27.05.2018 - 13:37
[b]Ronaldodan 8 rekord[/b] -[b] FOTO[/b]

Portuqaliya millisinin və İspaniya “Reel”ının futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının tarixində 8 rekordun müəllifidi. Apasport.az saytının məlumatına görə, “Liverpul” üzərindəki 3:1 hesablı qələbə onun ardıcıl 3-cü dəfə yarışın qalibi olması ilə nəticələnib.

 

Ümumilikdə isə yarışın beşqat qalibi adına yiyələnən Ronaldo bu göstəricidə də Avropanın 1 nömrəsidi.

 

O, Çempionlar Liqasında ən çox qol vuran (120), ən çox qələbə qazanan (97) futbolçudu. Kriştianu bir mövsümdə (17), bir təqvim ilində (19), ardıcıl oyunlarda (11) vurduğu qollarla da hamıdan öndədi. 7-ci dəfə yarışın bombardiri olmaqla da rekord vuran portuqaliyalı hamıdan çox – 3 finalda rəqib qapısına yol tapıb.

 

 

0