[b]Ronaldodan rəqibə rüşvət ittihamı - VİDEO[/b]
19.05.2017 - 13:35
[b]Ronaldodan rəqibə rüşvət ittihamı - VİDEO[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo gözlənilməz hərəkətlə gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard “Selta” ilə təxirə salınmış matçda rəqib futbolçusunu rüşvət almaqda günahlandırıb.

 

Maraqlıdı ki, 32 yaşlı superulduz bunu matçın gedişi zamanı meydanda edib. Belə ki, epizodların birində “Selta”nın müdafiəçisi Qustavo Kabrala əl hərəkətləri ilə içi pulla dolu çemodan aldığını işarə edib. Bu isə kameralara düşüb.

 

Qeyd edək ki, “Selta” üzərində 4:1 hesablı qələbə qazanan “Real” sona 1 tur qalmış ən yaxın izləyicisi “Barselona”nı 3 xal qabaqlayır.

 

0