[b]"Ronaldonu Salaha dəyişmərəm" - Zidan[/b]
22.05.2018 - 17:49
[b]"Ronaldonu Salaha dəyişmərəm" - Zidan[/b]

“Real”ın baş məşqçisi Zinədin Zidan “Liverpul”la oynanılacaq Çempionlar Liqası finalı ilə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, fransız mütəxəssis Kriştiano Ronaldonu “Liverpul”un ulduzu Məhəmməd Salah ilə dəyişmək kimi bir planının olmadığını deyib.

 

“Yox, Ronaldonu Salahla dəyişmərəm. Mən ancaq oyunçularım barədə danışa bilərəm” – deyə, Zidan bildirib.

 

Zidan finalda komandasının qalib olmaq üçün əlindən gələni edəcəyini qeyd edib: “Rəqibin planları barədə danışa bilmərəm, çünki nə düşündüklərini bilmirəm. Sadəcə, bunu deyə bilərəm ki, biz həmişəki kimi, istəklə qələbə qazanmağa çalışacağıq. Heç kim bu coşğunu, arzunu bizdən ala bilməz. Eyniylə, bizim digər klublarla müqayisədə titula daha “tox” olduğumuzu heç kim deyə bilməz, çünki bu, belə deyil. Biz “Real”ıq. Həmişə daha çoxunu arzulayırıq. Bu səfər də istəyimizə ən yaxşı formada çatmaq üçün hər şeyimizi ortaya qoyacağıq”.

 

Qeyd edək ki, “Real” və “Liverpul” arasındakı ÇL finalı mayın 26-da oynanılacaq.

0