[b]Rövlan debüt etdi, Fəridin qolu darmadağına əngəl olmadı[/b]
19.02.2018 - 19:46
[b]Rövlan debüt etdi, Fəridin qolu darmadağına əngəl olmadı[/b]

Çexiya U-21 Liqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Fərid Nəbiyevlə Rövlan Muradovun çıxış etdiyi “Slaviya” da növbəti matçını keçirib.

 

Praqa təmsilçisi öz meydanında “Dukla”nı qəbul edib. Görüş futbolçularımızın komandasının böyükhesablı məğlubiyyəti ilə başa çatıb. 12 qolun vurulduğu oyunda qonaqlar 8:4 hesablı qələbə qazanıblar. 

 

Gənc futbolçularımız da bu matçın iştirakçısı olublar. Belə ki, bu kluba yeni transfer olunan Muradov qarşılaşmaya start heyətində başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

 

Fərid isə ehtiyat oyunçular skamyasında başladığı görüşün 56-cı dəqiqəsində Yakub Hromadanın əvəzinə meydana daxil olub və 2 dəqiqə sonra komandasının sonuncu qolunu vurub. 

 

Qeyd edək ki, 18 turdan sonra aktivində 29 xal olan "Slaviya" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

0