23 May 14:56 Rövnəq Abdullayev DÇ-2026-nın tender qrupunun nümayəndələri ilə görüşdü
FUTBOL xəbərləri 23 May 14:56
244 baxış

Rövnəq Abdullayev DÇ-2026-nın tender qrupunun nümayəndələri ilə görüşdü

DÇ-2026-nı təşkil etmək üçün namizədliyini birgə irəli sürən ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov tender qrupunun üzvləri ilə görüşüb.

 

Tədbir assosiasiyanın inzibati binasında baş tutub. Şimali amerikalılar görüş zamanı dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdi.

 

Mənbə: affa.az

Xəbər lenti