[b]Rus azarkeşlərə sürpriz: Stadionda ayı var - VİDEO[/b]
16.04.2018 - 22:33
[b]Rus azarkeşlərə sürpriz: Stadionda ayı var - VİDEO[/b]

Rusiyalı futbol azarkeşləri maraqlı hadisəyə şahidlik ediblər. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol üzrə 3-cü divizionunun “Maşuk” - “Anquşt” oyunundan öncə qeyri-adi hal yaşanıb.

 

Belə ki, matçdan öncə stadiona ayı gətirilib. “Tima” adlı xüsusi təlim görmüş ayı matçdan öncə tamaşaçıları salamlayıb.

 

“Tima”nın Rusiyada keçiriləcək dünya çempionatında meydan sahiblərinin oyunlarından birindən öncə də stadiona gətirilməsi gözlənilir.

0