[b]Rusiyalılar klublarımız haqda: Mənfi işarəli əsl sensasiya[/b]
20.07.2018 - 14:22
[b]Rusiyalılar klublarımız haqda: Mənfi işarəli əsl sensasiya[/b]

Azərbaycan klublarının Avropa Liqası ilə artıq I təsnifat mərhələsində vidalaşması digər ölkələrdən olan həmkarlarımızın da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı təmsilçilərimizin çıxışlarını mənfi kimi dəyərləndirib.

 

Postsovet məkanı ölkələrinin klublarının nəticələrini təhlil edən şimallılar bu uğursuzluğu gözlənilməzlik hesab edib: “Mənfi işarəli əsl sensasiyalara əsasən Azərbaycan klubları imza atdı. “Neftçi” öz meydanındakı inamlı təsiri bağışlayan 3:1 hesablı qələbədən sonra Macarıstanda “Uypeşt”lə oyunu batırdı - 0:4. “Qəbələ” Lüksemburq “Proqres”i ilə evdəki hiperuğursuzluqdan (0:2 hesablı məğlubiyyət) sonra səfərdə yalnız bir qolun əvəzini çıxa bildi. Nəticədə yarışdan kənar düşdü. “Keşlə” “Baltsan”a Maltadakı 1:4 hesablı məğlubiyyətdən sonra evdə 2:0 hesabı ilə öndə olsa da, qələbə qolunu vurmaq əvəzinə son dəqiqələrdə topu qapısından çıxarıb”.

0