[b]Ruslan Abışovla Rəhman Hacıyev üçün yubiley[/b]
22.05.2018 - 15:08
[b]Ruslan Abışovla Rəhman Hacıyev üçün yubiley[/b]

Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Neftçi” matçı 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2:1 hesablı səfər qələbəsi ilə çempionatın bürünc medalını qazanan qonaqların iki oyunçusu ölkə birinciliklərində “ağ-qaralar”ın heyətində əlamətdar matçına çıxıb.

 

Gəncədəki görüşdə hesabı açan Ruslan Abışov “Neftçi”də 150-ci çempionat oyununu keçirib. Yubileyi qolla qeyd edən müdafiəçi bu göstəricidə “Neftçi”nin Azərbaycan çempionatları tarixində 5-ci oyunçusudu. Onun komanda yoldaşı Rəhman Hacıyev isə 100-ə çatıb. O, “Neftçi”də 100 və daha çox çempionat matçına çıxan 25-ci oyunçudu.

 

Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatlarında Ruslan 224-cü, Rəhman 162-ci oyununu keçirib.

 

0