Rüstəm Rəhimov: “Rövşən Əhmədovun “Karvan”ın qapısına təyin etdiyi penalti zərbəsi səhv idi”
07.04.2008 - 17:03
Rüstəm Rəhimov: “Rövşən Əhmədovun “Karvan”ın qapısına təyin etdiyi penalti zərbəsi səhv idi”
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının XX turuna təyinat alan hakimlərin aldığı qiymətlər açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” - “Olimpik” matçının baş hakimi İmanxan Sultani yaxşı bal alıb. Bunu belə qiymətləndirən oyunun hakim-inspektoru Füzuli Nəcəfov sabiq FİFA hakiminin ciddi səhvə yol vermədiyini göstərib. “Bakı” qol epizodunda Samir Musayevin kapitan Rafael Əmirbəyovla mübarizədə qayda pozuntusuna yol verdiyini iddia edirdi. Hesabat turunun matçlarını idarə edənlər arasında ən yüksək qiymət alan FİFA referisi Babək Quliyev, ən aşağı qiymət alan milli dərəcəli hakim Rövşən Əhmədov olub. 48 yaşlı R.Əhmədovun idarəçiliyi kafi qiymətləndirilib ki, bu da onu cəza təhlükəsi ilə üz-üzə qoyub. “İnter” – “Karvan” matçının hakim-inspektoru Rüstəm Rəhimov “APA-Sport” agentliyinə bildirib ki, baş hakim nəticəyə təsir edən yol verib: “Əhmədovun “Karvan”ın qapısına təyin etdiyi penalti zərbəsi doğru deyildi. Çünki həmin epizodda qayda pozuntusu yox idi. Penalti zərbəsi ilə hesabı açan “İnter” matçda üçüncü qolu qaydalar çərçivəsində vurub. “Karvan”ın bu epizodda oyundan kənar vəziyyətlə bağlı narazılığını haqlı saymıram. Rövşən Əhmədovla bağlı hansı ölçü götürüləcəyi artıq Hakimlər Komitəsinin səlahiyyətində olan məsələdir”. “Karvan” matçın protokolunda qapısına vurulan ilk və üçüncü qolda hakim səhvlərinin olduğunu qeyd edib. R.Əhmədov isə öz növbəsində “Karvan”ın məşqçiləri Mehman Yunusovla Nadir Şükürovun oyundan sonra hakimlər briqadasını təhqir etdiyini protokolda göstərib. Belə olan halda, “Karvan”ın məşqçilərinin məsələsinə AFFA-nın Nizam-İntizam Komitəsinin sabah keçiriləcək iclasında baxılıb, cəzalanacağı gözlənilir.

“Masallı” – “Neftçi” – 0:2. Baş hakim: Fariz Yusifov – 8,3. Hakim-köməkçiləri: Azər Əsgərov – 8, Vaqif Musayev – 8, Anar Salmanov – 8.

“Standard” – “Simurq” – 3:0. Baş hakim: Babək Quliyev – 8,5. Hakim-köməkçiləri: Azad Q.Hüseynov – 8,5, Rufulla Kərimov – 8, Venera Muradova – 8.

“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:1. Baş hakim: Azad Mütəllimov – 8,1. Hakim-köməkçiləri: İlham Əliyev – 8, Azər Məmmədov – 8, Əfqan Həmzəyev – 8.

“Turan” – ABN – 3:0. Baş hakim: Anar Niyazov – 8,2. Hakim-köməkçiləri: Vaqif Ayvazov – 8, Vasif Məmmədov – 8, Hacıəli Ağayev – 8.

“Bakı” – “Olimpik” – 0:1. Baş hakim: İmanxan Sultani – 8,3. Hakim-köməkçiləri: Mehman Mahmudov – 8,5, Ramiz Əsədov – 8,4, Əmrah İbrahimov – 8.

“İnter” – “Karvan” – 3:1. Baş hakim: Rövşən Əhmədov – 6. Hakim-köməkçiləri: Roman Vasilyev – 8,3, Azad Ə.Hüseynov - 8,5, Ceyhun Haşımov – 8.

“Gənclərbirliyi” – “Qarabağ” – 0:1. Baş hakim: Elçin Səmədli Elçin - 8,1, Hakim-köməkçiləri: Aydın Ələkbərov - 8,1, Aleksandr Musatkin - 8, Zahid Həşimov - 8
0