16 Dekabr 19:50 “Sabah” “Neftçi”yə elçi düşüb: İki futbolçu istəyir
FUTBOL xəbərləri 16 Dekabr 19:50
870 baxış

“Sabah” “Neftçi”yə elçi düşüb: İki futbolçu istəyir

Qış fasiləsində heyətində ciddi dəyişikliklər edəcək “Neftçi”də gedəcək futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq bir çox futbolçuların yollanacağı klublar da bəllidir.

 

Ancaq bəzi oyunçular var ki, onlara gələn təkliflər “ağ-qaralar”ı düşünməyə vadar edib. Belə ki, komandadan gedəcəyi dəqiq olan Rahil Məmmədovla Maksim Vaylonun müştəriləri sırasına “Sabah” da qoşulub.

 

Birinci divizion təmsilçisi hər iki futbolçunun keçidini həll etmək istəyir. Bunun üçün yeni yaranmış komanda Rahil üçün “Səbail”, Vaylo üçün isə adı hələlik açıqlanmayan Ukrayna klubu ilə rəqabət aparmalıdır.

 

Transferlərin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. 

Xəbər lenti

Xəbər lenti