25 Sentyabr 14:16 Sadıqovun komandası üçün rumıniyalılar
FUTBOL xəbərləri 25 Sentyabr 14:16
479 baxış

Sadıqovun komandası üçün rumıniyalılar

Gənclər Liqasının II turunun oyunları üçün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın U-19 komandasının ilk ev matçını rumıniyalı hakimlər idarə edəcək.

 

Sentyabrın 27-də “Azərsun Arena”da keçiriləcək “Roma” ilə görüşün baş hakimi Horatiu Fesniç olacaq. Ona həmyerliləri Aleksandru Çerey və Mihay Marika kömək edəcək. Oyunun dördüncü hakimi kimi matça Azərbaycan referisi İnqilab Məmmədov təyinat alıb.

 

Rusiyalı Leonid Kaloşin matçın UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə isə israilli Haim Yakov qiymət verəcək.

 

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası ilk turda “Çelsi”yə 0:5 hesabı ilə uduzmuşdu.