21 Fevral 14:29 “Şağan” meydanı tərk etdi, “Göyçə” çempionatdan çıxarıldı
FUTBOL xəbərləri 21 Fevral 14:29
601 baxış

“Şağan” meydanı tərk etdi, “Göyçə” çempionatdan çıxarıldı

Bu gün keçirilən AFFA-nın İntizam Komitəsi assosiasiyanın təşkil etdiyi yarışlarda yaşanan xoşagəlməz hallara da hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, Regional Liqasının “Ümid” (Bakı) – “Şağan” (Bakı) matçında yaşananlar komitə tərəfindən araşdırılıb.

 

Matçın 60-cı dəqiqəsində meydanı özbaşına tərk edən “Şağan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Regional Liqasının, “Şirvan” (Ağdaş) – “Kürmük” (Qax) oyunu da xoşagəlməz halla yadda qalıb. Görüşün 81-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Şahin Cəfərov rəqibə bilərəkdən zərbə endirib. Buna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan oyunçu 4 matçlıq cəzaya məruz qalıb.

 

U-10 Liqasının “Təhsil” FM-ə (Bakı) qarşı oyununda iştirak etməyən  “Göyçə”yə (Bakı) 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.

 

Xəbər lenti