Salahsız Misir Belçikaya böyük hesabla uduzdu - VİDEO
07.06.2018 - 00:45
Salahsız Misir Belçikaya böyük hesabla uduzdu - VİDEO

Dünya çempionatının iştirakçıları yoldaşlıq görüşləri keçirməkdə davam edirlər. Apasport.az saytının məlumatına görə, mundiala hazırlaşan Belçika ilə Misir sınaq matçında üz-üzə gəlib.

Məhəmməd Salahsız Misir güclü rəqibi önündə Brüsseldə tab gətirə bilməyib. Romelu Lukakunun 27, Eden Azarın 38 və Maruan Fellaininin 90+2-ci dəqiqədə vurduğu qollar sayəsində avropalılar 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Belçika yığması dünya çempionatında İngiltərə, Panama və Tunislə, Misir seçməsi isə Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda yer alacaq.

 

0