26 May 10:00 Salahsız Misirdən bərabərlik
FUTBOL xəbərləri 26 May 10:00
618 baxış

Salahsız Misirdən bərabərlik

Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma baş tutub.

 

Mundiala hazırlaşan Misir yığması Küveytlə qarşılaşıb. Mohamed Salahsız meydana çıxan afrikalılar məğlubiyyətdən çətinliklə qaçıb – 1:1.

 

Digər görüşdə isə Keniya ilə Svazilend üz-üzə gəlib. Afrika təmsilçilərinin duelində 1 qol vurulub. Yeganə qola sevinən svazilendlilər səfərdən qələbə ilə dönə bilib.

Xəbər lenti

Xəbər lenti