16 Aprel 12:44 Samir Abasovun bir ayağı paytaxtda!
FUTBOL xəbərləri 16 Aprel 12:44
4245 baxış

Samir Abasovun bir ayağı paytaxtda!

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov mövsümün sonunda komandasını dəyişəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, 40 yaşlı mütəxəssisin yeni klubu da artıq bəllidi.

 

Sosial şəbəkələrdə adı “Qəbələ” ilə yanaşı hallansa da, Abasov bölgədə deyil, paytaxt təmsilçisində çalışacaq. Belə ki, o, böyük ehtimalla gələn mövsümdən “Zirə”nin “sükanı arxası”na keçəcək. Tərəflər arasında artıq ilkin danışıq aparılıb və razılıq əldə olunub. Sadəcə, rəhbərlik bu təyinatı bəyan etmək üçün mövsümün başa çatmasını gözləyir.

 

Abasov Topaz Premyer Liqasının XXIII turunda “Keşlə” ilə (2:1) dünən keçirilən qarşılaşmadan sonra ayrılıq siqnalını vermişdi. Onun bu qərarında prezident Kamran Quliyevin “Neftçi”yə keçməsi böyük rol oynayıb. Üstəlik, “Zirə”nin qış fasiləsindən sonrakı uğursuz çıxışı da Ayxan Abbasovun paytaxt təmsilçisində çox qalmayacağından xəbər verir.

 

“Sumqayıt”da yerli oyunçularla avrokuboklara vəsiqə qazanmağa çox yaxın olan Samir Abasova “Zirə”də əcnəbi futbolçuların transferinə icazə veriləcək.

 

Qeyd edək ki, Premyer Liqada sona 5 tur qalmış “Sumqayıt” 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır və ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayır.

Xəbər lenti