Samir Musayev: “Komandamızın ciddi qəbul edilməməsi məni çox maraqlandırır”
07.04.2008 - 13:36
Samir Musayev: “Komandamızın ciddi qəbul edilməməsi məni çox maraqlandırır”
Hesabat turunda vurduğu yeganə qolla komandasına vacib qələbə qazandıran 29 yaşlı hücumçu bildirib ki, “Bakı” ilə görüşdə əsas heyətdə yer alacağını gözləyirmiş: “Baş məşqçi fasiləyə az qalmış hazırlaşmağımı tapşıranda, meydana çıxıb qol vurmaq haqda düşünürdüm. Buna nail olduğum üçün çox sevinirəm. Çünki bu qələbə bizə hava-su kimi lazım idi. Hesab edirəm ki, “Bakı”nı məğlub etməklə, çempionluğa bir addım da yaxınlaşdıq”. S.Musayevin sözlərinə görə, qol epizodunda rəqib komandanın kapitanı Rafael Əmirbəyovla mübarizədə qayda pozuntusuna yol verməyib: “Həmin epizodda təhlükəli oynamamışdım. Oyunun kasetində də bu aşkar görünür”.
0