[b]Sampaoli 2 milyona razılaşıb getdi[/b]
15.07.2018 - 14:11
[b]Sampaoli 2 milyona razılaşıb getdi[/b]

Xorxe Sampaoli Argentina millisinin baş məşqçi postundan istefaya göndərilib. Apasport.az saytının "Marca"ya istinadən məlumatına görə, çalışdırıcı ilə federasiya arasında razılığa əsasən, tərəflər müqaviləni qarşılıqlı razılıqla başa çatdırıblar.

 

Çilili mütəxəssis kompensasiya olaraq 2 milyon avro alacaq.

 

Bir müddət əvvəl onun postunda qalacağı açıqlansa da, sonradan federasiya əməkdaşlığa son verməyi lazım bilib.

 

Qeyd edək ki, Sampaolinin rəhbərliyi altında dünya çempionatında uğursuz çıxış edən Argentina millisi qrupda Xorvatiyaya 0:3 hesabı ilə uduzmuş, İslandiya ilə 1:1 hesablı bərabərliyə qalıb, Nigeriyanı 2:1 məğlub edərək 1/8 finala çıxsa da, bu mərhələdə Fransa qarşısında duruş gətirə bilməmişdi – 3:4.

0