25 May 10:43 Sarri “Çelsi”dən yeni “Napoli” yaratmağı planlaşdırır
FUTBOL xəbərləri 25 May 10:43
635 baxış

Sarri “Çelsi”dən yeni “Napoli” yaratmağı planlaşdırır

“Napoli”nin sabiq baş məşqçisi Mauritsio Sarri “Çelsi” ilə anlaşmağa yaxındı. Apasport.az saytının “Sport Italia”ya istinadən məlumatına görə, italiyalı mütəxəssis “zadəganlar”ın başına keçəcəyi təqdirdə Neapol klubunun 5 futbolçusunu komandaya dəvət etməyi planlaşdırır.

 

Siyahıda müdafiəçilərdən Raul Albiol, Elseid Hüsay və xavbeklərdən Petr Zelinskinin adları var. “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelotti xüsusilə də Zelinskinin komandada qalmasını istəyir.

 

Adlarını sadaladığımız futbolçularla yanaşı, Sarri Kalidu Kulibali və Jorjinyonun da xidmətində maraqlıdı. Lakin İtaliya klubunun seneqallı müdafiəçi ilə yollarını ayırmaq niyyətində olmadığı, Jorjinyonun isə “Mançester Siti” ilə anlaşmaq üzrə olduğu bildirilir.

Xəbər lenti