23 Aprel 18:01 Sarridən “Yuventus” azarkeşlərinə qeyri-etik jest - FOTO
FUTBOL xəbərləri 23 Aprel 18:01
449 baxış

Sarridən “Yuventus” azarkeşlərinə qeyri-etik jest - FOTO

İtaliya A Seriyasının XXXIV turu çərçivəsində keçirilən “Yuventus” – “Napoli” matçı qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, matçdan öncə stadiona yaxınlaşan “Napoli” avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

 

Qonaqların baş məşqçisi Mauritsio Sarri isə fanatlara cavab olaraq, onlara “orta barmaq” göstərib. İtaliyalı çalışdırıcı qeyri-etik jestini belə izah edib: “Neapoldan olduğumuza görə avtobusumuza tüpürən, bizi təhqir edən azarkeşlərin cavabını verdim. Yoxsa sadəcə “Yuventus” azarkeşidi deyə, kiməsə eynisini etmərəm”.

Xəbər lenti