22 Fevral 01:36 “Şaxtyor”dan qələbə, “MY” İspaniyadan qolsuz dönür - YENİLƏNİB
FUTBOL xəbərləri 22 Fevral 01:36
5409 baxış

“Şaxtyor”dan qələbə, “MY” İspaniyadan qolsuz dönür - YENİLƏNİB

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxıb. Apasport.az saytının məlumatına görə, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönəlib.

 

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyük olub. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olub. Görüş qolsuz bərabərliklə başa çatıb. 

 

Mərhələnin digər görüşü Xarkovda baş tutub. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub. Amma fasilədəln sonra toparlanan "Şaxtyor" qələbə qazana bilib. Fred və Ferreyra komandalarına qələbə gətirən qollara imza atıblar.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

 

21 fevral

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

Baş hakim: Klemen Turpin (Fransa)

"Ramon Sançes Pisxuan" stadionu, Sevilya

 

“Sevilya”: 1. Serxio Riko, 5. Klemen Lenyet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 16. Xesus Navas, 17. Pablo Sarabiya, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado

Ehtiyat oyunçular: 13. David Soria, 6. Daniel Karriço, 9. Vissam Ben Yedder, 14. Quido Pizzaro, 24. Nolito, 51. Roke, 99. Sandro Ramirez

Baş məşqçi: Vinçenzo Montella

 

“Mançester Yunayted”: 1. David de Xea, 2. Viktor Lindelöf, 7. Aleksis Sançez, 8. Xuan Mata, 9. Romelu Lukaku, 12. Kris Smollinq, 18. Eşli Yanq, 21. Ander Errera, 25. Antonio Valensiya, 31. Nemanya Matiç, 39. Skott Maktomina

Ehtiyat oyunçular: 20. Serxio Romero, 3. Erik Beyli, 6. Pol Poqba, 11. Antoni Martial, 14. Cessi Linqard, 19. Markus Reşford, 36. Matteo Darmian

Baş məşqçi: Joze Mourinyo

 

 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 2:1

Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41

Baş hakim: Villiam Kollum (Şotlandiya)

"Metallist" stadionu, Xarkov

 

“Şaxtyor”: 30. Andrey Pyatov, 2. Boqdan Butko, 4. Sergey Krivtsov, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 19. Fakundo Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

Ehtiyat oyunçular: 26. Mikita Şevçenko, 9. Dentinyo, 18. İvan Ordets, 21. Alan Patrik, 34. İvan Petriak, 59. Aleksandr Zubkov, 74. Viktor Kovalenko

Baş məşqçi: Paulo Fonseka

 

“Roma”: 1. Alisson Beker, 4. Radca Naynqolan, 6. Kevin Strootman, 8. Dieqo Perotti, 9. Edin Ceko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas manolas

Ehtiyat oyunçular: 28. Lukas Skorupski, 5. Xuan Xesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 23. Qriqori Defrel, 25. Bruno Peres, 30. Gerson

Baş məşqçi: Eysebio Di Françesko