26 May 12:33 “Səbail” daha iki futbolçu ilə yollarını ayırdı
FUTBOL xəbərləri 26 May 12:33
3763 baxış

“Səbail” daha iki futbolçu ilə yollarını ayırdı

“Səbail” daha 2 futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bunlar Vüqar Nadirov və Ruslan Əmircanovdu.

 

Onların hər ikisi ilə müqavilə başa çatıb. Klub rəhbərliyi təcrübəli futbolçuları saxlamağa ehtiyac duymayıb.

 

Qeyd edək ki, paytaxt klubu bunadək müqavilə müddətləri başa çatan Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov və Nurlan Novruzovla yeni sazişə ehtiyac duyulmayıb. Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə müqaviləyə xitam verilib. Bir neçə gün əvvəl isə Yevgeni Koçuk və Faruk Miya ilə sağollaşan “Səbail” baş məşqçi postunda Samir Əliyevi Aftandil Hacıyevlə əvəzləyib.

 

Xəbər lenti