[b]“Səbail”: “Qarabağ” üçün “yağlı tikə”[/b]
19.02.2018 - 10:40
[b]“Səbail”: “Qarabağ” üçün “yağlı tikə”[/b]

Azərbaycan Premyer Liqasının XVI turu “Qarabağ”ın “Səbail”i mövsümdə 3-cü dəfə məğlub etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çempionatın lideri cari mövsümdə eyni komandadan 9 xal alan ilk klubdu.

 

III dövrədə iki tur arxada qalsa da, “Qarabağ” – “Səbail” cütündən başqa heç bir dueldə eyni komanda qələbələri sıralamayıb. II dövrənin ev matçında 1:0, I dövrədən təxirə salınan və qış fasiləsi ərəfəsində baş tutan qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri XVI turda da qol buraxmadan qələbə qazanıb. Səfərdə minimal hesaba sevinən “Qarabağ” debütantı xal üzünə həsrət qoymaqda davam edib.

 

0