[b]“Səbail” yenə qələbəyə həsrət qaldı[/b]
19.07.2018 - 20:03
[b]“Səbail” yenə qələbəyə həsrət qaldı[/b]

Növbəti mövsümə hazırlıqları davam etdirən “Səbail” daha bir hazırlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyə klubu “Sivasspor”la üz-üzə gəlib.

 

Keçirdiyi ilk iki oyunda sevinə bilməyən komanda üçüncü matçında da qalibiyyətə həsrət qalıb. Türklər 2:1 hesabına sevinib. Yeganə qolu 73-cü dəqiqədə Ağabala Ramazanov vurub.

 

Qeyd edək ki, “Səbail” ilk matçında “Gənclərbirliyi”nə 0:3 uduzubsa, ikinci görüşdə Qətər klubu “Əl Şəhaniyə” ilə 2:2 hesablı bərabərliyə razılaşıb.

0