[b]“Səbail” yeni baş məşqçi tapdı, amma...[/b]
23.05.2018 - 00:00
[b]“Səbail” yeni baş məşqçi tapdı, amma...[/b]

Samir Əliyevin “Səbail”dən gözlənilməz ayrılığından dərhal sonra klub yeni baş məşqçi axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu posta ilk namizədini artıq müəyyənləşdirib.

 

Belə ki, “Səbail” hazırda “Neftçi”nin “sükanı arxası”nda olan Tərlan Əhmədova “elçi düşüb”. “Neftçi” rəhbərliyinin Əhmədovu yola salmağın yollarını axtardığı bir vaxtda “Səbail” “pusquda” dayanıb. Bu istefa reallaşarsa, Premyer Liqanın debütantı 47 yaşlı mütəxəssisə rəsmi təklif göndərəcək.

 

Lakin “ağ-qaralar”a Topaz Premyer Liqasının bürünc medalını və Avropa Liqasına vəsiqəni qazandıran Tərlan Əhmədov bunun “meyvələrini toplamaq” niyyətindədi. Yəni çalışdırıcı avrokuboklarda da komandasına rəhbərlik etməkdə israrlıdı.

 

Təbii ki, Avropa arenasındakı uğursuz çıxış “Neftçi”nin prezidenti Kamran Quliyevin əlini qüvvətləndirəcək və baş məşqçini dəyişdirmək üçün bir səbəb yaranacaq. Bir sözlə, Əhmədovun “Neftçi”dəki taleyi Avropa Liqasındakı çıxışdan asılı olacaq.

 

Hadisələrin gedişi “Səbail” rəhbərliyini də maraqlandırır. Çünki bakılılar Tərlan Əhmədovun ayrılması təqdirində, dərhal onunla danışıqlara başlamaq niyyətindədi.

0