25 May 16:09 “Səbail” yeni baş məşqçisini açıqladı
FUTBOL xəbərləri 25 May 16:09
882 baxış

“Səbail” yeni baş məşqçisini açıqladı

“Səbail”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi Aftandil Hacıyevə tapşırılıb.

 

Samir Əliyevin gedişindən sonra bir neçə mütəxəssislə danışıq aparan, lakin ortaq məxrəcə gələ bilməyən “Səbail” rəhbərliyi Hacıyevi komandanın “sükanı arxası”na gətirib. Milli komandamızın sabiq futbolçusu yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Aftandil Hacıyev ötən mövsüm “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.

Xəbər lenti