[b]“Səbail”dən iki transfer[/b]
09.01.2017 - 20:22
[b]“Səbail”dən iki transfer[/b]

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" transfer hərəkatına başlayıb. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi heyətinə iki oyunçu cəlb edib.

 

“Rəvan”ın müdafiəçisi Aslan Hüseynovun keçidini həll edən komanda 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Bir müddət "Neftçala"nın da formasını geyinmiş Aslan eyni zamanda dəfələrlə U-17 millisinin heyətində də çıxış edib.

 

Aşağı dəstə təmsilçisinin ikinci transferi isə son mövsümü "Zaqatala"da keçirmiş Ruslan Tağızadə olub. 23 yaşlı sağ cinah müdafiəçisi ilə isə 1,5 illik anlaşmaya imza atılıb.

 

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"da çıxış edib.

 

0