11 Dekabr 10:32 “Səbail”in Türkiyədəki ilk rəqibi müəyyənləşdi
FUTBOL xəbərləri 11 Dekabr 10:32
1094 baxış

“Səbail”in Türkiyədəki ilk rəqibi müəyyənləşdi

“Səbail”in qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, gələn ay Antalyaya yollanacaq bakılıların Türkiyədəki sınaqçı rəqibləri sırasında Bolqarıstan klubu da olacaq.

 

Belə ki, Samir Əliyevin yetirmələri “Lokomotiv”lə üz-üzə gələcəklər. Plovdiv təmsilçisi ilə görüş yanvarın 29-da baş tutacaq.

 

Bolqarıstan mətbuatının yazdığına görə, “Lokomotiv” yanvarın 25-də Antalyaya yollanacaq. Fevralın 10-na qədər Türkiyədə qalacaq kollektiv ilk yoxlama matçını məhz “Səbail”ə qarşı keçirəcək.

 

Qeyd edək ki, “Lokomotiv” Bolqarıstan çempionatında 20 turdan sonra 23 xal toplayıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Səbail” isə Azərbaycan Premyer Liqasında qış fasiləsinə 6-cı pillədə yollanıb.

Xəbər lenti

Xəbər lenti